İsrail qüvvələri daha bir fələstinlini şəhid edib

İsrail qüvvələri daha bir fələstinlini şəhid edib

Sionist rejim hərbçilərinin işğal olunmuş ərazilərin şərqindəki Əbudis kəndinə hücumu nəticəsində bir fələstinli şəhid edilib.
 
Maide.Az xəbər verir ki,  bu barədə yerli mənbələr məlumat verib.
 
Məlumata görə, sionist rejim qüvvələri bir fəlstinlini nəqliyyat vasitəsilə keçid məntəqəsindən keçərkən qaçmağa çalışdığı iddiasıyla atəş açaraq, öldürüb.
 
Fələstinliyə yardıma gələn tibbi yardım əməkdaşlarına İsrail qüvvələrinin mane olduğu bildirilib. 
 
Bundan başqa bəzi xəbər mənbələri İsrail hərbçilərinin dünən Əbudis kəndinə etdiyi hücumunda ən azı iki fələstinlinin yaralandığını bildirib.
 
Son aylarda  Qərb sahilinin 30 faizini işğal olunmuş ərazilərə ilhaq etmək planının icrasına israr etdiyi üçün fələstinlilərin sionist rejimə qarşı etirazları artıb və bunun fonunda sionist rejim də fələstinlilərə qarşı şiddəti artırıb.
 

Google+ WhatsApp ok.ru