İsrail rejim  həbsxanalarında  22 Fələstinli jurnalist saxlanılır

İsrail rejim həbsxanalarında 22 Fələstinli jurnalist saxlanılır

Fələstinli Əsirlərin işi üzrə komitə yeni hesabatında işğalçı İsrail rejim  həbsxanalarında  22 Fələstinli jurnalistin saxlanıldığını elan edib. 
 
Maide.Az xəbər verir ki,  hesabatda bildirilir ki, həbsdə olan Fələstinli jurnalistlərin bəzisinin 20 yaşı var və sionist rejim tərəfindən söz və ifadə azadlığına dair beynəlxalq qanunlara zidd olaraq həbs ediliblər. 
 
Sionist rejim əsgərləri bu jurnalistlərin çoxunu  peşə fəaliyyətlərini yerinə yetirərkən  həbs edib. 
 
Fələstin  Jurnalistlər Birliyi  bəyan edib ki,  sionist İsrail rejim həbsxanalarında saxlanılan Fələstinli jurnalistlərin  azadlığa buraxılmasını təmin etmək məqsədi ilə beynəlxalq kampaniya başladacaq. 
 
Birlik ötən gün bəyanat yayaraq  elan edib ki, Fransa, Britaniya, İtalya, İspaniya və bir sıra digər ölkələrdən olan Jurnalist Birlikləri ilə birgə  beynəlxalq kampaniyaya start verəcəklər. Tezliklə Dünya və Avropa Jurnalistlər Birlikləri üçün ayrıca  mesajlar göndəriləcək .Kampaniya çərçivəsində  Sionist rejimin müharibə naziri Avidqor Libermandan  həbsdə saxlanılan Fələstinli jurnalistlərin tez bir zamanda azadlığa buraxılması tələb olunacaq.

Google+ WhatsApp ok.ru