İsrail rejimi 6 fələstinlini həbs etdi

İsrail rejiminin əsgərləri Qərbi İordan çayının Ramallah şəhəri yaxınlığında 6 Fələstinlini həbs edib.

Maide.az xəbər verir ki, rejim ordusundan yayımlanan yazılı açıqlamada nəzarətə alınan Fələstinlilərin "ötən ay Qərbi İordanda bir yəhudinin ölümü, üçünün yaralanması ilə nəticələnən silahlı hücumunun səbəbkarı olan Həmas üzvləri" olduğu iddia edilib.
 
Açıqlamada həbs edilənlərdən 26 yaşlı Mehad Hamadın sözügedən hücumu həyata keçirdiyini "etiraf etdiyi" irəli sürülüb.
 
Nəzarətə alınan 6 nəfərin 27 iyunda Ramallahın şimalında rejimin hərbi texnikasına "müvəffəqiyyətsiz hücum təşkil etdiyi", 6 iyunda planlaşdırdıqları başqa bir hücumu isə həyata keçirmək fürsəti tapmadıqları bildirilən açıqlamada, həbs edilənlərin rejim əsgərləri ilə polisin keçirdiyi əməliyyat nəticəsində saxlandığı deyilir.

Google+ WhatsApp ok.ru