İsrail rejimi Fələstinin Məclis binasını bombalayıb

Avqustun 26-na keçən gecə İsrail rejiminin aviasiyası Qəzza zolağında yerləşən ən hündür binalardan birini dağıdıb.
 
Binada onlarla mənzil, ticarət və ofis sahələri olub.   
 
Məlumata görə, zərbələr nəticəsində ölən yoxdur. Əhali arasında “İtaliya mərkəzi” adlandırılan bu 15 mərtəbəli bina Qəzza şəhərinin şimal-qərbində yerləşir. Yerli mətbuat hava hücumu nəticəsində azı 20 nəfərin yaralandığını qeyd edir.   
 
Qeyd edək ki, ötən həftə İsrail ordusu Qəzzada 12 mərtəbəli yaşayış binasını, Rəfahda isə 7 mərtəbəli ticarət mərkəzini bombardman edib. İsrail tərəfi hər iki obyektin silahlılar tərəfindən istifadə edildiyini iddia edir.  
 
İsrail rejiminin təyyarələri Qəzzadakı Məclis binasını da bombalayıb.
 
Bombalama zamanı ölən və yaralanan olmayıb.

Google+ WhatsApp ok.ru