İsrail rejimi Məscidi-Əqsada yeni tikinti işlərinə başlayıb

İsrail rejimi Məscidi-Əqsanın qərbindəki Burak divarının (Ağlama divarı) olduğu hissəyə körpü inşa etməyə başladığı bildirildi.
 
Maide.az-ın məlumatına görə, Məscidi-Əqsa və Qüds Mətbuat Mərkəzindən verilən yazılı açıqlamada, sözügedən körpünün Burak meydanından Mağaribə qapısına doğru, 2004-cü ildə inşa edilən qədim taxta körpüyə paralel olaraq inşa edildiyi qeyd edilib.
 
Yeni körpünün yaranma səbəbi haqqında məlumat yoxdur. Açıqlamada, "Yeni körpü köhnəsinə alternativ olaraq, yoxsa ona əlavə kimi inşa edilir hələ bilinmir. Ancaq hər bir halda işğalçılar bu körpünü, yəhudilərin Məscidi-Əqsay basqınlarını artırmaq və bölgəni yəhudiləşdirməyə başlamaq üçün istifadə edəcəklər", - deyilir.
 
Məsələ ilə bağlı İsrail rejimi tərəfindən heç bir açıqlama verilməyib. 
 
Qeyd edək ki, Qüdsdə yerləşən Məscidi-Əqsa çüsəlmanların ilk qibləsidir. Yəhudilər içərisində Qiblə məscidi ilə Qübbətüs Səhra məscidi ilə bərabər muzey, mədrəsələr və böyük həyətin olduğu Məscidi-Əqsa kompleksinin altında Süleyman Məbədi qalıqlarının olduğu inancı ilə burada qazıntı işləri aparır.
 
Sionist yəhudilər və rejimin təhlükəsizlik qüvvələri vaxtaşırı olaraq Əqsa məscidinin içərisinə də girərək məscid camaatını və təhsil alan tələbələrə təcavüz ediblər. Müsəlmanların etiraz etdiyi bu cür pozuntular səbəbindən Məscidi-Əqsada tez-tez gərginlik yaşanır.

Google+ WhatsApp ok.ru