İsrail rejimi qüvvələri Əqsa məscidinə basqın edib 03 İyun 2019 12:15 Fələstin İsrail rejimi qüvvələrinin Əqsa məscidindəki camaata hücumunda onlarla adam yaralanıb, 5 nəfər də saxlanılıb. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, İsrail rejimi qüvvələrinin basqınına görə Əqsa məscidinin həyətində fələstinlilərlə İsrail qüvvələri arasında qarşıdurma baş verib. Yerli mənbələrdən əldə olunan məlumata əsasən, İsrail rejimi polisi Qüdsdəki polis rəisinin başçılığıyla dünən Əqsa məscidinə basqın reallaşdırıb və məsciddə ibadət edənlərə hücum edib. Mənbələr yəhudi miqrantların qələbəlik qruplar halında Əqsa məscidinə basqın etməyə başladığını, basqına qoşulanların sayının 1000-i keçdiyini və aralarında fanatik yəhudi xaxam Yehuda Qlikin də olduğunu bildirib. İsrail qüvvələrinin fələstinli gəncləri əl-Qıbli məscidində mühasirəyə aldığı, üzərlərinə gözyaşardıcı qaz və rezin güllə yağdırdığı vurğulanıb. İsraillilərin "Qüdsün birləşməsi günü" kimi qeyd etdikləri Qüdsün qalan hissəsinin də işğalı gününün ildönümündə fanatik yəhudi təşkilatları Əqsa məscidinə qruplar halında basqın çağırışı etmişdi. İsrail rejimi qüvvələrinin basqından əvvəl Əqsa məscidinə girdiyi və yəhudi miqrantları qorumaq üçün təhlükəsizlik tədbirləri gördüyü bildirilib. Yəhudi miqrantların basqını zamanı Ramazan ayının son on günü ilə əlaqədar Əqsa məscidində olan müsəlmanların yüksək səslə təkbir deyərək, basqına etiraz etdiyi qeyd edilib. Teqlər : #İsrail,#rejimi,#qüvvələri,#Əqsa,#məscidinə,#basqın,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail hərbçiləri Qəzza zolağında fələstinlilərə hücum etdi Avropa İttifaqı yəhudiləşdirmə siyasətinin əleyhinə olduğunu açıqlayıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar