Sürücülərə vacib xəbər: Radarların sayı xeyli artırılır

Son vaxtlar yollarda radarların tətbiqi ilə bağlı məsələlər ətrafında müzakirələr yenidən aktuallaşıb.
Avtosfer.az sürücülərin diqqətinə çatdırır ki, ölkəmizin yollarında sürətlə bağlı problemlər var. Ona görə də sürət rejiminə nəzarətin daha səmərəli edilməsi zəruridir. Bunun üçün yeni yanaşmalar da vacibdir. Belə yeni yanaşma Azərbaycan Respublikasının növbəti 10 il üçün Yol Hərəkəti təhlükəsizliyi Strategiyasında və həmin Strategiyasının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramında yer almaqdadır. 
 
Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, hazırda layihəsi müzakirə edilən və yaxın gələcəkdə təsdiqlənəcəyi gözlənilən Dövlət Proqramının “Sürət həddinə riayət edilməsinə nəzarət tədbirlərinin gücləndirilməsi” adlanan 4.1-ci bəndində bu istiqamətdə görüləcək tədbirlər sadalanır. Həmin tədbirləri layihədə olduğu kimi diqqətinizə çatdırmaq istəyirəm:- Şəhərlərdə və yüksək riskli yol qovşaqlarında stasionar təhlükəsizlik kameralarının və sürətə nəzarət cihazlarının sayının artırılması;
- Bütün yol boyu yüksək riskli yol hissələrində nəzarət prinsipi ilə işləyən və məsafədən orta sürəti hesablayan kameraların quraşdırılması və qanunvericiliklə tənzimlənməsi;
- Mobil sürətölçən kameralardan istifadə edilməsi;
- Yüksək riskli ərazilərdə hərəkət sürətinin texniki vasitələrlə məcburi şəkildə azaldılması üzrə tədbirlərin görülməsi./
 

Google+ WhatsApp ok.ru