Vəkil: “Mərkəzi Bank rəhbərinin kreditlərin qaytarılması ilə bağlı açıqlaması qanuna ziddir”

Milli Məclisin İqtisadi siyasət komitəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov kreditlərin qaytarılması ilə bağlı da bəzi fikirlər səsləndirib.
O qeyd edib ki,  banklar öz kreditlərini restrukturizasiya etsinlər və vaxtını uzatsınlar: “Azərbaycan əhalisi banklardan götürülən kredit müqaviləsində hansı valyuta ilə kredit götürübsə, o valyutada da qaytarmalıdır”.
Məlum olduğu kimi bu mövzu ilə bağlı məhkəməyə müraciət edənlər də olub. Bu açıqlama artıq bəzi məslələrə aydınlıq gətirdi. 
 
Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşən vəkil Anar Qasımlı bildirib ki, Mərkəzi Bank rəhbərinin açıqlaması qanunun tələblərinə ziddir: “Bu açıqlama ilə müştərilərin maraqları əhəmiyyətli səviyyədə pozulur. Yekun qərarı məhkəmə verməlidir. Elman Rüstəmovun bu açıqlamasından da şikayət vermək olar. Mərkəzi Bank rəhbərinin açıqlaması qanun demək deyil. İnsanlar məhkəməyə müraciət ediblər və gözləyək görək məhkəmə nə qərar çıxardacaq. Hətta Mərkəzi Bank bu gün bu məsələ ilə bağlı rəsmi qərar qəbul etsə belə, bu qərardan məhkəməyə müraciət edilə bilər. Hansısa bir dövlət məmurunun açıqlaması qanundan üstün sayıla bilməz”. /

Google+ WhatsApp ok.ru