Sürücülərin dərdi bitmir ki, bitmir - VİDEOREPORTAJ

Əksər sürücülər yanacaqdoldurma məntələqələrində satılan yanacağın keyfiyyətindən narazıdır.
 
Həmçinin yanacağın doldurulması zamanı müştərilərin aldadılması, yanacağın təzyiqlə vurularaq, bir neçə litr əksik verilməsi də sürücüləri narazı salan məqamlardandır. 
 
Bir neçə gün öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov da  bu barədə danışaraq deyib ki, bir çox yanacaqdoldurma məntəqələri sürücülərin avtomobillərinin çəninə nəzərdə tutulandan xeyli az yanacaq vurur. 
 
Musavat.com-un müxbiri yanacaqdoldurma məntələqələrində müşahidə aparıb  və  sürücülərin rəyini öyrənib. Onlar  Azərbaycanda satılan yancağın keyfiyyətinin standartlara cavab vermədiyini bildiriblər.
 
Sürücülər həm yanacağın avtomobilin çəninə əskik vurulduğunu, həm də keyfiyyətsiz benzinin maşının işlək mexanimzlərini sıradan çıxardığını bildirdilər. 
 
Yanacağın keyfiyyətsizliyi və  bunun avtomobilə vurduğu ziyan səbəbindən sürücülər tez-tez maşın ustalarına müraciət etdiklərini deyirlər. Avtomobil  ustası İman İsgəndərov da keyfiyyətsiz yanacağın  avtombillərin mühərrikinə ziyan vurduğunu bildirdi. Onun sözlərinə görə, benzinə o qədər qatqı qatılır ki, onun rəngi də normal yanacaqdan fərqlənir.
 

Google+ WhatsApp ok.ru