Sürücülərə mühüm xəbər - Buna görə cərimələnə bilərsiniz - VİDEO

Sürücülərə mühüm xəbər - Buna görə cərimələnə bilərsiniz - VİDEO

Qanun belə sürücülərin qarşısında məsuliyyət qoyur
 
Əksər sürücülərin necə gəldi avtomobil idarə etməsindən çox danışmışıq. Bu dəfə isə xəbərdaredici dönmə siqnalını yandırmayan sürücülərdən danışacağıq. Hətta bəziləri bu işıqların nasaz olduğunu bilə-bilə yola çıxır. Çünki bu qayda pozuntusu hesab olunur. Belə sürücüləri nə qədər cərimə göləyir?
 
Bəziləri ya yandırmır, ya da səhv istiqamətə yandırır. Kiçik bir ehtiyatsızlığın qəza ilə nəticələndiyini çox görmüşük. Ağır qəzaların baş verməsinin bir səbəbi də xəbərdaredici dönmə işığının yandırılmaması ilə bağlıdır. Sürücülər qeyri-peşəkarların yolda təhlükə yaratdığını deyir. Polis xəbərdaredici dönmə siqnalından istifadə etməyən sürücüləri aşkarladıqda saxla əmri verə bilər. Çünki qanun belə sürücülərin qarşısında məsuliyyət qoyur.
 
Nasaz dönmə işıqları ilə yola çıxan sürücü isə 50 manat miqdarında cərimə olunur.
 
Ekspertlər sürücülərə avtomobillə yola çıxmamışdan əvvəl dönmə işıqlarının saz vəziyyətdə olub olmadığı yoxlamağı tövsiyə edir. (xezerxeber) /

Google+ WhatsApp ok.ru