Sürücülərin diqqətinə: Bu yerlərdə park etmə ödənişli olacaq - VİDEO 05 İyun 2017 01:00 Ölkə Artıq marketlərin dayanacağında avtomobil park etməyə görədə ödəniş ediləcək. Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi təyinatlı avtonəqliyyat idarəsi tərəfindən marketlərin qarşısında parkomatlar quraşdırılacaq. Bakıda marketlərin qarşısında dayanacaq ödənişli olacaq. Bu məqsədlə parkomatlar quraşdırılır. Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi tərəfindən nəzarət ediləcək dayancaqlarda parklanmanın hansı qiymətə olacağı hələlik müəyyənləşməyib. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, marketlərin qarşısında parkomatların hansı qayda üzrə quraşdırılması, eləcə də qiymətlərini Nazirlər Kabineti müəyyən etməlidir. Ancaq qaydaya görə marketlərin mülkiyyətində olan torpaq sahəsində parkomatlar quraşdırıla bilməz. Bakı Şəhər İcra Hakinimyyəti isə parkomatların hansı ərazilərdə quraşdırılması və prosesə nə vaxtdan başlanılması ilə bağlı müraciətə cavab vermədi.(xezerxeber) Teqlər : #Sürücülərin diqqətinə: Bu yerlərdə park etmə ödənişli olacaq VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dərmanın təsirindən 14, sirkə turşusundan 3 nəfər zəhərlənib Azərbaycan Ziyalılar Birliyinin sədri Hacı Mövsüm Səmədovla görüşüb