Sürücüyə 11 il həbs cəzası kəsildi

Ötən il sentyabrın 17-də Bakı-Sumqayıt yolunda (Ceyranbatan su anbarının yaxınlığında) "Ford Transit" markalı mikroavtobusun yolda qoyulmuş maneəyə çırpılması üç nəfərin ölümü, daha on nəfərin yaralanması ilə nəticələnmişdi.
 
Bu qəza ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırmalar başa çatıb. Aprelin 5-də mikroavtobusun sürücüsü Baloğlan Atakişiyevə hökm oxunub.
 
Amma hökmdən əvvəl Baloğlan Atakişiyev məhkəmədə son sözünü deyib. O, törətdiyi əməldən peşman olduğunu bildirib.
 
Daha sonra hakim Səbuhi Hüseynov hökmü elan edib. Hökmə əsasən, Baloğlan Atakişiyev 11 il azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, hadisə səhər saat 9 radələrində baş verib. Qəza nəticəsində dünyasını dəyişən və yaralananların əksəriyyəti Bakıya işə gələn Sumqayıt sakinləri olub.
 
Cinayət işinin materiallarına görə, Baloğlan Ağakişiyevin sürücülük vəsiqəsinin kateqoriyası onun sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitəsi idarə etməsinə imkan vermirmiş.
 
Üstəlik, qəzaya düşən "Ford Transit"in sərnişindaşıma üçün lisenziyası da olmayıb. Daha doğrusu, onun lisenziya müddəti 2012-ci ildə başa çatıb. azadliq/

Google+ WhatsApp ok.ru