Sürüşmə sahəsində çatlar artıb

Sürüşmə sahəsində çatlar artıb

Badamdar sürüşmə sahəsində çatlar artıb.
 
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaratdığı Qərargahın bu gün, oktyabrın 22-si saat 09:00-a olan məlumatında bildirilir.
 
«Monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsinin üzərində çoxlu sayda yeni çatlar müşahidə edilir. Sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir. Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb», - məlumatda yazılıb.
 
Badamdar, 20-ci Sahə adlı ərazidə ( bayıl qəsəbəsi) 2013-cü ildə də sürüşmə baş verib. Həmin vaxt ərazidə (kanalizasiya yoxdur) qrunt sularının çəkilməsindən ötrü 7 quyu qazılıb. Bu ərazidə son dönəmlər isə ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisindən çıxarılıb, kommunal xidmətlər kəsilib.
 
Bundan başqa, son günlər Bayıl ərazisində başqa yerlərdə, Zığ qəsəbəsində və Bakının mərkəzində də sürüşmə halları baş verib.  /azadliq.org /
 

Google+ WhatsApp ok.ru