Üç Stadler qatarı Azərbaycana $37 mln-a başa gəlib

Avqustun 1-i üçün Azərbaycan Belarusdan $36 mln 911,7 minə 12 dəmiryolu vaqonu alıb, deyə bu ölkənin mənbələri bildirir.
 
Belarus statistika qurumunun məlumatına görə, may-iyulda Azərbaycana  ümumi qiyməti $21 mln 355,3 olan 6 motorlu sərnişin dəmiryolu vaqonu tədarük edilib. Bir vaqon $3 559 217-a satılıb.
 
Həmçinin Belarusda ümumi qiyməti $15 mln 556,4 min və ya biri $2 592 733-a 6 motorsuz vaqon alınıb.
 
«Azərbaycan Dəmir Yolları» QSC (ADY) və “Stadler Rail Group” (İsveçrə) bu ilin mayında Bakıda 5 ikimərtəbəli sərnişin qatarı alınması barədə saziş imzalayıb. İndiyədək 3 qatar tədarük edilib.
 
Azərbaycan tərəfi sazişin qiymətinin 60-70 mln avro olduğunu bəyan edib. Ödəniş 20 ilə həyata keçiriləcək.
 
4 vaqondan ibarət bir qatar 919 sərnişin tutur. Bu qatarlar Bakı-Sumqayıt xəttində hərəkət edir.contact /

Google+ WhatsApp ok.ru