İstanbulda avtomobillərə od vuruldu

İstanbulda maskalı şəxslər beş avtomobilə od vurub.
Hadisə, gecə saat 04:30 radələrində İstanbulun Hacıəhməd məhəlləsi, Qəbiristanlıq küçəsində baş verib.
Hadisə yerinə gələn xilasetmə qrupları yanğının genişlənməsinin qarşısını almağa müvəffəq olublar. Lakin od vurulan avtomobillər tamamilə yararsız hala düşüb.
Polis avtomobillərə od vuran maskalı şəxslərin axtarışına başlayıb.azadliq.info /
 

Google+ WhatsApp ok.ru