İstanbulda partlayış: ölənlərin sayı 5-ə çatdı və 38 yaralı - YENİLƏNİB - VIDEO

Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata görə, terrorçuların məqsədi xarici turistlər olub. Partlayış məhz xarici turistlərin çox olduğu ərazidə törədilib.
 
İlkin məlumata əsasən, terror aktında PKK terror təşkilarının əli var.
 
Ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu xəsarət alanların sayı 38 nəfərə çatdığını deyib. Onlardan 12-si xarici vətəndaşdır.Ölənlərin sayı isə 5 nəfərdir. 
 
Nazirin sözlərinə görə, gün ərzində ikinci terror aktının baş verəcəyi istisna deyil.
 
 ****
 
Türkiyənin İstanbul şəhərinin mərkəzində - İstiqlal prospektində partlayış baş verib.
 
APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, ticarət mərkəzlərindən birinin qarşısında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayışın səbəbi hələlik bəlli deyil. 
 
Hadisədən sonra prospekt polis tərəfindən nəzarətə götürülüb, gediş-gəliş dayandırılıb.
 
Qeyd edək ki, Taksim meydanı yaxınlığında yerləşən məşhur İstiqlal caddəsi ticarət mərkəzləri, mağazalar və əyləncə məkanlarının olduğu, insanların piyada çox sıx hərəkət etdiyi yerdir. İstanbula gələn turistlər ən çox bu ərazidə olur. 

Google+ WhatsApp ok.ru