İstanbulda polis idarəsinə basqın olub

İstanbulun Esenyurt bölgəsində Kıraç Polis Mərkəzinə silahlı hücum edilib.
 
Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 2 təcavüzkar 4 mərtəbəli polis mərkəzinə avtomat silahlardan atəş açıb. Polisin qarşılıq verməsindən sonra təcavüzkarlar qaçıblar.
 
Xüsusitəyinatlı polis işçilərinin də arasında olduğu qruplar, təcavüzkarları tutmaq üçün bölgədə əməliyyat keçiriblər.
 
Qaçan 2 nəfərin yaxalanması üçün polis vertolyotundan da istifadə olunub.
 
Hadisə zamanı polis mərkəzi yaxınlığında olan vətəndaşlar, əvvəl bir silah səsi eşitdiklərini arxasınca da ardıcıl atəş açıldığını, polisin qarşılıq verməsi nəticəsində qısa müddətli toqquşma baş verdiyini deyib.

Google+ WhatsApp ok.ru