İstanbulda Vəhdət mövzusunda tədbir keçirilib

İstanbulun İmam Cəfər Sadiq (ə) məscidində Peyğəmbərimiz Rəsuli Əkrəm (s) və İmam Cəfər Sadiq (ə) mövlud günü və “Vəhdət həftəsi” münasibəti ilə tədbir keçirilib. 
Maide.az xəbər verir ki, tədbirdə Əhli Sünnə təmsilçiləridə qatılıb. 
Tədbir Quran tilavəti ilə başlayıb. Daha sonra İmam Cəfər Sadiq (ə) məscidinin imamı Əhməd Şahin Peyğəmbər (s) və altıncı İmamızın mövludu və Vəhdət həftəsi ilə bağlı çıxış edib. 
Daha sonra əhli –sünnət alimi İsmail Gökmən də çıxış edib və müsəlmanlar arasında vəhdətin önəmindən danışıb. 
Tədbirin sonunda ilahilər və şerlər səsləndirildi.  /
 

Google+ WhatsApp ok.ru