İstanbulun Atatürk Hava Limanı fəaliyyətini bərpa edib -YENİLƏNİB

İstanbulun Atatürk Hava Limanı fəaliyyətini bərpa edib -YENİLƏNİB

08:45
İstanbulun Atatürk Hava Limanı fəaliyyətini bərpa edib.
 
Trend-in Milliyet qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
 
“Biz hava limanını açdıq, aviadaşımalar bərpa olunub”, - baş nazir bildirib.
 
Qeyd edək ki, İstanbulun Atatürk Hava Limanı bu gecə terrorçu-kamikadzelərin hücumuna məruz qalmışdı. Hadisə nəticəsində 36 nəfər ölüb, 150nəfər yaralanıb.
 
07.51
İstanbulun Atatürk Hava Limanı dünən axşam baş verən silsilə partlayışlarla əlaqədar bu gün saat 17.00-a qədər bağlı olacaq.Məlumatı NTV kanalı yayıb.
 
Xatırladaq ki, əvvəlcə aeroportun bu gün səhər saat 8-ə qədər bağlı olacağı bildirilmişdi.
 
Məlumatda o da bildirilib ki, sərnişinlər təxliyə olunub və aeroport tam bağlanıb.
 

Google+ WhatsApp ok.ru