İstanbulun mərkəzində terrorçu özünü partlatdı: onlarla ölü və yaralı var - YENİLƏNİB - VİDEO

İstanbulun mərkəzi meydanlarından olan Sultanahmetdə güclü partlayış baş verib. 
 
Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, səbəbi hələ müəyyən edilməyən partlayış zamanı bir polis maşını aşıb. Hadisə nəticəsində onlarla polis yaralanıb.
 
Sultanahmetdə olan jurnalistin dediyinə görə, hadisə  canlı bombanın özünü partlatması nəticəsində baş verib. Onlarla ölü və yaralının olduğu bildirilir.
 
Yerli vaxtla saat 10:20-də baş verən partlayış o qədər güclü olub ki, yaxınlıqdakı polis avtomobili aşıb. Hadisənin şokunu üstündən atan insanlar aşan avtomobillərdəki yaralı polisləri və digər insanları xilas etməyə başlayıblar.
 
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. 

Google+ WhatsApp ok.ru