İstanbulu su basdı

Türkiyənin İstanbul şəhərində yağan güclü yağış bəzi magistral yolların bağlanmasına səbəb olub. "İhlas" xəbər agentliyinin məlumatına görə, güclü yağış bu gün səhər saatlarından başlayıb və yağışın iki gün davam edəcəyi gözlənilir. 
 
Yağış suyu ilə dolan Qartal D-1000 magistral yolu hər iki istiqamətdə bağlanıb. Yolda qalan onlarla avtomobil fövqəladə xidmətin yardımı ilə yığışdırıldıqdan sonra bir istiqamətdə hərəkət bərpa olub. 
 
Leysan yağışın bəzi yerlərdə selə səbəb olub. /

Google+ WhatsApp ok.ru