UNİCEF: “68 milyon uşaq ölə bilər”

BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF), BMT-nin 2015-ci ildən sonrakı inkişaf proqramında uşaqlara daha çox əhəmiyyət verilməli olduğunu bildirib. UNİCEF, əks halda 2030-cu ilə qədər 5 yaşından aşağı 68 milyon uşağın öləcəyilə bağlı xəbərdarlıq edib.
 
2015-ci ilə qədər dövrü əhatə edən inkişaf hədəflərinə dair son hesabatını dərc edən UNİCEF, sentyabr ayında qəbul olunacaq BMT-nin 2015-ci ildən sonrakı inkişaf gündəliyi üçün narahatçılıqlarını qeyd edib.
 
Hesabatda 1990-cı ildən sonra baş verən proseslərə yer verilərək, 1990-cı ildən indiyənə qədər 5 yaşa qədər körpə və uşaq ölümlərinin 50 faizdən çox olduğu bildirilib. Eyni yaş dövründəki uşaqlarda hədsiz zəiflik və zəif qidalanmanın də 40 faizdən çox azaldığı vurğulanıb. Ana ölümlərinin də 45 faiz azaldığı vurğulanan hesabatda, 2.6 milyard insanın içməli su əldə etməyi bacardığı qeyd olunub.
 
Hesabatda tədbir görülməyəcəyi və hazırkı tendensiyanın davam edəcəyi təqdirdə 2030-cu ilə qədər dünyada 5 yaşına qədər 68 milyon uşağın qarşısının alınması mümkün olan səbəblərə görə dünyasını dəyişəcəyi bildirilib. 2030-cu ildə 119 milyon uşağın xroniki çatışmamazlıq səbəbilə qidalanma problemi ilə üzləşəcəyi ifadə olunub.deyerler /
 

Google+ WhatsApp ok.ru