İstirahət günü Bakıda və rayonlarda arabir qar yağacaq

İstirahət günü Bakıda və rayonlarda arabir qar yağacaq

Bakı və Abşeron yarımadasında dekabrın 18-də bəzi yerlərdə arabir qar yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 2°şaxtadan 1°-dək isti, gündüz 3-5° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət gecə 85-95 %, gündüz 50-55% təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
 

Google+ WhatsApp ok.ru