Üstünə benzin töküb özünü yandırdı

Göygöl sakini intihara cəhd edib.
 
Maide.az-ın APA-ya istinadən məlumatına görə, Göygöl şəhər sakini, 1979-cu il təvəllüdlü Aşırəliyev Cavanşir Valeh oğlu yanıq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
 
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Məlumata görə, C. Aşırəliyev üstünə benzin tökərək özünü yandırmağa cəhd edib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. /
 

Google+ WhatsApp ok.ru