Sudanda vertolyot qəzaya uğradı; əyalət başçısı, polis rəisi və digər rəsmilər həyatını itirdi - FOTO

Sudanda vertolyot qəzaya uğradı; əyalət başçısı, polis rəisi və digər rəsmilər həyatını itirdi - FOTO

Sudanın şərqində əyalət başçısı və digər rəsmiləri daşıyan vertolyot qəzaya uğrayıb, sərnişinlər və pilot həyatını itirib. 
 
Maide.Az  xarici KİV-ə istinadla xəbər verir ki,  şahidlərin  verdiyi məlumata görə, vertolyot Qadarif bölgəsində qəzaya uğrayıb. Vertolyotun  qəzaya uğramasına səbəb rabitə qülləsinə çırpılaraq yanması olub. 
 
Hadisə nəticəsində  Qadarif əyalətinin başçısı Mir Qəni  Saleh, kabinet üzvləri, yerli polis rəisi və kənd təsərrüfatı naziri həyatını itirib.  Bir neçə nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatıdırlıb. 
 
 
 
 

Google+ WhatsApp ok.ru