Sulutəpədə maşın qaçırıldı 21 Dekabr 2018 12:09 Hadisə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.Rüstəmov dekabrın 19-na keçən gecə Sulutəpə qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. Maide.Az “Qafqazinfo”a istinadla xəbər verir ki, DİN-in yaydığı məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və qısa müddətdə avtomobilin qəsəbə ərazisində hərəkətdə olduğu müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi həmin gün DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənin qəsəbə sakini Kazım Quliyev olduğu, digər şəxslə birgə dekabrın 18-də Lökbatan qəsəbəsi ərazisində Şamaxı rayon sakini Z.Zərbalıyevin “VAZ-2103” markalı avtomobilini qaçırmaları da müəyyən edilib. Davam etdirilən tədbirlərlə həmin nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən Xocəsən qəsəbəsi ərazisində tapılaraq sahibinə qaytarılıb. Binəqədi RPİ tərəfindən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən digər şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Teqlər : #Sulutəpədə,#maşın,#qaçırıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da təyyarə futbol meydançasına düşdü - Ölənlər var + Video Faciə davam edir: 12-ci süpürgəçi də dünyasını dəyişib