Sumqayıt-Bakı qatarı qadını vurub

Sumqayıt-Bakı qatarı qadını vurub

Hadisə səhər saatlarında baş verib

Sumqayıtdan Bakıya gələn sürət qatarı qadını vurub öldürüb.

“Trend” agentliyinin Abşeron Rayon Prokurorluğuna istinadən verdiyi xəbərə əsasən, hadisə rayonun Xırdalan şəhəri ərazisində, fevralın 13-də səhər saat 07 radələrində baş verib.

Hadisə yerinə baxış zamanı məlum olub ki, Abşeron rayonu Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızı Xırdalan şəhəri, “Mexkalon” adlanan ərazidə relslərin üzəri ilə işə gedərkən Sumqayıtdan Bakıya gələn “Ştadler” markalı sürət qatarı vurması nəticəsində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Google+ WhatsApp ok.ru