Sumqayıtda ərzaq mağazası yanıb

Bu gün Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan ərzaq mağazasında 10 kv.m sahədə ərzaq malları, 2 ədəd məişət əşyası yanıb, yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib.
 
Maide.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb. /

Google+ WhatsApp ok.ru