Sumqayıt daha bir şəhidini izdihamla yola saldı - Fotolar

Bu gün Sumqayıt şəhərində şəhid Bayramov Şulan Bayram oğlunun dəfn mərasimi keçirilib.
 
Maide.az sumqayitxeber.com-a istinadən xəbər verir ki, mərasimdə Sumqayıt Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin rəsmiləri, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.
 
Qeyd edək ki, Şulan Bayramov 1996-cı ildə doğulub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı orta ümumtəhsil məktəbini bitirib. Silahlı Qüvvələrimizdə hərbi xidmətini başa vuran gəncin ordudan tərxis olunmasına bir neçə gün qalmışdı.
 
 
 

Google+ WhatsApp ok.ru