Sumqayıtda qətl hadisəsi baş verib

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
 
Maide.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 28-də Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində qəsəbə sakini əvvəllər məhkum olunmuş Kamil Məmmədov münaqişə zəminində həmyerlisi Rasim Əliyevə bıçaqla xəsarət yetirib. R. Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.  
 
Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən K. Məmmədov tutulub.
 
Fakt üzrə araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru