Sumqayıtda ürək ağrıdan oğurluq - 10 yumurta, 2 çörək 22 Avqust 2016 01:00 Hadisə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən ərzaq dükanlarının birində qəribə oğurluq hadisəsi baş verib. Ərazidə yaşayan şəxslərin verdiyi məlumata görə, gecə yarısı pəncərəni qıraraq mağazaya daxil olan naməlum oğrunun davranışı hər kəsi, o cümlədən mağaza sahibini də təəəccübləndirib. Belə ki, kassada 200 manat pulun olmasına baxmayaraq, həmin pulun 1 manatına da toxunmayan oğru yalnız özünün zəruri bildiyi məhsulları götürərək gedib. Onun mağazadan götürdüyü məhsulların siyahısı isə belə olub: 10 yumurta, 2 çörək və 4 pampers. Oğurluq hadisəsindən səhər saatlarında xəbər tutan mağaza sahibinin bu olaydan çox təsirləndiyi və bu üzdən də hüquq-mühafizə orqanlarına müraciət etmədiyi bildirilir. (faktxeber) Teqlər : #Sumqayıtda ürək ağrıdan oğurluq 10 yumurta,#2 çörək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qubada PARTLAYIŞ - FOTO - VİDEO Bakıda mənzildə PARTLAYIŞ - Bir ailədən 5 nəfər xəsarət aldı