Sumqayıtda tələbə qız kirayədə qaldığı evin sahibini öldürüb

Sumqayıtda qətl törədilib.
 
Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb. Orada kirayədə yaşayan, 1994-cü il təvəllüdlü Şərqiyə Mehdi qızı Ramazanova ev sahibi, 1940-cı il təvəllüdlü Səmayə Nəcəfovanı bıçaqlayaraq qətlə yetirib.
 
Hadisəni törədən Ş. Ramazanova saxlanılıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
 
Məlumata görə, Ş. Ramazanova Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

Google+ WhatsApp ok.ru