Sumqayıtda yaşayış binasında yanğın olub, altı sakin təxliyə edilib

Sumqayıtda yaşayış binasında yanğın olub.
 
Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində 8 ədəd elektrik sayğacı və vətəndaşa məxsus 1 ədəd qaz sayğacı yanıb.
 
Digər sayğaclar yanğından mühafizə olunub və yuxarı mərtəbələrdən 6 nəfər təxliyə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Google+ WhatsApp ok.ru