Sumqayıt yolundakı təpələri sökməyə başladılar - FOTO

Bakı-Sumqayıt yolunun kənarlarında yaradılmış süni təpələrin sökülməsinə başlanılıb.
 
Maide.az qafqazinfo-ya istinadən bildirir ki, yolun avtovağzal tərəfindəki təpələr tam sökülüb. Bununla da yol təxminən 6 metr genişlənib.
 
Təpənin "Şamaxinka"ya doğru uzanan hissəsi isə tam sökülməyəcək. İş icraçısı "Qafqazinfo"ya bildirib ki, burada 2 metr enində genişləndirmə işləri aparılacaq. Təpəcik də 2-3 metr məsafədə söküləcək və təpənin üzərindəki fiqurlar saxlanılacaq. Bu işlər təxminən 1 həftəyə başa çatdırılacaq.
 
 

Google+ WhatsApp ok.ru