Suraxanıda dini kitablar satılan mağazada əməliyyat keçirildi

Suraxanıda dini kitablar satılan mağazada əməliyyat keçirildi

Hüquq-mühafizə orqanları tərəfindən Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində dini kitab və vəsaitlər satılan mağazalardan birində əməliyyat həyata keçirilib.
 
Bu barədə “Report”a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.
 
Məlumata görə, nəticədə çoxlu sayda dini ədəbiyyat, Aşura mərasimlərində istifadə olunması üçün nəzərdə tutulan köynəklər, baş geyimləri götürülüb. 
 
Xəbərdə deyilir ki, Aşura mərasimlərində istifadə olunması üçün nəzərdə tutulan köynəklərin "üzərində radikal və dini ekstremizmi, dini ayrı-seçkiliyi təbliğ edən şüarlar" yazılıbmış və götürülən dini ədəbiyyat isə "qadağan olunan dini ədəbiyyat" olub.   
 
Faktla bağlı prokurorluqda araşdırmalar davam etdirilir.
 

Google+ WhatsApp ok.ru