Suraxanıda yaşlı kişi küçədə öldü

Suraxanıda yaşlı kişi küçədə öldü

-- yolu keçməyə çalışan 65-70 yaşlı kişini maşın vurub

Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Maide.Az  Lent.az-a istinadən xəbər verir ki, səhər saatlarında A.Rzayev küçəsində "Seat" markalı, 90 UR 449 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 65-70 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru