Suraxanı rayonunda xəstəxana yanıb, həkimlər və xəstələr... 16 Avqust 2019 09:09 Hadisə Yeni Suraxanı qəsəbəsində yerləşən 12 saylı Birləşmiş Şəhər Xəstəxana binasının damında başlayan yanğın bir neçə palataya da keçib. APA-nın xəbərinə görə, əraziyə FHN-in Suraxanı rayonu üzrə Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi cəlb edilib. Xəstəxananın tibbi personalı və xəstələr yanğın ehtimalı olan palatalardan təxliyyə edilib. Xəstəxana binasının damında, təxminən, 25-30 kv/m ərazidə başlayan yanğın qısa zamanda söndürülüb, alovların otaqlara keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Suraxanı,#rayonunda,#xəstəxana,#yanıb,#həkimlər,#və,#xəstələr..., Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avtombil qaz xəttini zədələdi, 600 abonent qazsız qaldı Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü