Suriya: `İordaniya öz ərazisində terrorçulara təlim keçir`

Suriya hökuməti İordaniyanı iki ölkə sərhədində terrorçulara təlim keçməkdə suçlayıb.
 
Maide.az-ın məlumatına görə, Suriya Xarici İşlər Nazirliyi bazar ertəsi günü surəti BMT Təhlükəsizlik Şurasına göndərilən məktubda təşkilatdan regional və beynəlxalq sülh və təhlükəsizliyi hədələyən İordaniyanın bu hərəkətlərinin dayandırılması üçün ciddi şəkildə  məsələyə müdaxilə etməsini istəyib. 
 
Məktubda İordaniyanın terror qruplaşmalarını açıq aşkar və davamlı şəkildə dəstəkləməsi tənqid olunub. 
 
Suriya XİN həmçinin İordaniyanı əl-Nüsrə Cəbhəsi kimi terror qruplaşmalarını bu ölkə ərazisində hərbi təlim bazaları yerləşdirməsinə dəstək vermək və onların Suriyaya daxil olmasına şərait yaratmakdə suçlayıb. 
 
ABŞ may ayının əvvəllərindən İordaniyada suriyalı üsyançıların bir qrupuna təlim keçməyə başlayıb.

Google+ WhatsApp ok.ru