Suriya İsrail rejiminin sualtı gəmisini məhv etdi

Suriya İsrail rejiminin sualtı gəmisini məhv etdi

ABŞ-da nəşr olunan “Sources American Journal” adlı həftəlik jurnal sionist İsrail rejiminə aid bir sualtı gəminin Suriyanın dəniz donanması tərəfindən məhv edildiyini ifşa edib.
 
Jurnalın iyulun 19-dakı sayında 24 ay əvvəl dənizdə Suriyanın quru sularına hərbi-kəşfiyyat missiyası çərçivəsində daxil olan İsrail rejiminə məxsus bir sualtı gəminin Suriyanın dəniz donanması tərəfindən müəyyən ediləndən qısa bir müddət sonra vurulduğu qeyd olunub.
 
Etibarlı mənbələrin bu jurnala verdiyi açıqlamada, Suriya donanmasının atdığı torpedonun suyun dərinliyindəki İsrail rejiminə məxsus sualtı gəmini vurduğu və gəminin dərhal batdığı bildirilib.(deyerler)

Google+ WhatsApp ok.ru