Suriyada altı min Avropa vətəndaşı döyüşür

Avropa İttifaqının Ədliyyə Komissarı Vera Jourova mətbuata verdiyi məlumatda 6 minə yaxın AB vətəndaşının Suriyada Əsəd hakimiyyətinə qarşı İŞİD terrorçuları ilə birlikdə döyüşmək üçün getdiklərini deyib.
 
Maide.az-ın məlumatına görə, "Le Fiqaro"ya müsahibə verən Jourova, qeyd olunan rəqəmlərdən 1450-sinin Fransadan getdiklərini, bu gedişləri əngəlləmək üçün təzyiq etmək əvəzinə, önləyici tədbirlər aldıqlarını bildirib.
 
Jourova bu il Brüsselin həmin problemin həlli üçün həbsxana rəsmilərinin və prokurorların təhsili üçün 2,5 milyon avro xərclədiyini bildirib. Avropa İttifaqının Ədliyyə Komissarı, habelə üzv ölkələrin polis və məhkəmə rəsmilərinin daha yaxşı şəkildə birgə işlər görməsi lazım olduğunu deyib. Məlumat mübadiləsinin avtomatik və sistematik çalışması lazım olduğunu və çoxmillətli kadrların yaradılması lazım olduğunu vurğulayıb.

Google+ WhatsApp ok.ru