Suriyada bir neçə ABŞ və Fransa zabiti ələ keçirildi 21 May 2016 01:00 Dünya Suriyanın Hələb vilayəti ətrafında mürəkkəb bir əməliyyatda Fransa və ABŞ-ın təhlükəsizlik təşkilatlarının bir neçə zabiti Hizbullah döyüşçülərinin əlinə keçib. Maide.Az xəbər verir ki, İranın Təsnim Xəbər Agentliyinin məlumatına görə, Ərəbistanın dəstəklədiyi Ər-Riyad müxalifləri adlanan qrupun başçılarından biri və Fransa və ABŞ-ın təhlükəsizlik təşkilatlarının bir neçə zabiti Hizbullah kəşfiyyatçılarının əməliyyatı nəticəsində həbs olunublar. Müəyyənləşməyən bir bölgədə keçirilən bu əməliyyatın əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının işğalı altında olan ərazidə baş verdiyi bildirilir. Ərəbistan, ABŞ və Fransanın təhlükəsizlik təşkilatları bu bölgələrdə təkfirçi terrorçuları idarə etmək üçün əməliyyat palatası yaradıblar. Əldə olunan məlumata görə, Hizbullahın son mürəkkəb əməliyyatı 2014-cü il mart ayında bu hərəkatın döyüşçülərinin başqa bir əməliyyatına bənzədilib. O əməliyyatda Hizbullah döyüşçüləri təkfirçi terrorçuların işğalı altında olan Qələmun bölgəsinə nüfuz etmiş və avtomobilə bomba quraşdırmaq üzrə mütəxəssis olan terrorçulardan beş nəfəri öldürmüşdülər. Məlumata görə, Hizbullahın təhlükəsizlik əməliyyatı Hələbdə əl-Nüsrə Cəbhəsinin qərargahında təkfirçilərin Xantumana son hücumuna reaksiya olaraq keçirilib. Teqlər : #Suriyada bir neçə ABŞ və Fransa zabiti ələ keçirildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionistlər Qəzzadan olan idmançını yarışlara buraxmır Sinqapurda nadir “yıxılan minarə” bərpa olunacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO