Suriyada bir UNESCO obyekti dağıdılıb

Suriyanın şimalında yerləşən və UNESCO siyahısına salınmış Hələb qalasının divarı, yaxınlıqda baş verən dəhşətli partlayış nəticəsində qismən dağılıb.
 
Hələb qalası 1986-cı ildə UNESCO-nun Ümumdünya mirası siyahısına salınmış Köhnə şəhərin bir hissəsidir. Buradakı ən qədimi tikintilər 10-cu əsrə aiddir.
 
Maide.az-ın məlumatına görə, partlayış Köhnə şəhərdəki tuneldə, bazar gününə keçən gecə baş verib. Hadisə ilə bağlı məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.
 
Hazırda hökumət ordusu Hələbin 60%-ni, o cümlədən mərkəzi, nəzarət altında saxlayır. Qalan ərazilər isə bir neçə silahlı qruplaşmaların əlindədir.

Google+ WhatsApp ok.ru