Suriyada daha iki azərbaycanlı vəhhabi öldürüldü

Lent.az-ın Suriyada vuruşan silahlı qruplaşmalara məxsus saytlardan əldə etdiyi məlumata görə, öldürülən azərbaycanlılardan biri “İŞİD” terrorçularının tərkibində vuruşan “Əbu Abdu-Rauf Əl-Azəri” ləqəbli Azərbaycan vətəndaşı Seymur Topçubaşovdur. O, ABŞ Hərbi-Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində ölüb.
 
S. Topçubaşov “İŞİD” terror qruplaşmasında top-artilleriya tağımının komandiri olub.
 
Suriyada öldürülən digər azərbaycanlı isə “Abu Sureyya” ləqəbli Sumqayıt sakinidir. Onun əsl adı açıqlanmır.

Google+ WhatsApp ok.ru