Suriyada həzrət Zeynəb (s) və həzrət Rüqəyyənin (s) ziyarətgahları açılır

Suriyada həzrət Zeynəb (s) və həzrət Rüqəyyənin (s) ziyarətgahları açılır

Dəməşqdə yerləşən həzrət Zeynəbin (s)  və həzrət Rüqəyyənin (s) hərəmlərinin qapıları Əhli-Beyt (ə) aşiqləri üçün bu gündən yenidən açılır.
 
Maide.Az xəbər verir ki, bu barədə ölkənin “Vəqfiyyat” Nazirliyindən açıqlama verilib.
 
Bildirilib ki, bu gündən həzrət Zeynəbin (s) və həzrət Rüqəyyənin (s) məqbərələrinə zəvvarlar buraxılacaq və tibbi qaydalara əməl olunaraq camaat namazları qılınacaq. 
 
Qeyd edək ki, koronavirusa qarşı tədbirlər çərçivəsində mart ayının ortalarından Suriyada yerləşən həzrət Zeynəbin (s)  və həzrət Rüqəyyənin (s) məqbərələri bağlı elan edilmişdi. 
 
Müqəddəs ziyarətgah Koronavirusla Mübarizə üzrə Milli Qərargahın müqəddəs yerlərin açılması barədə qərarından sonra, açılıb.
 

 

Google+ WhatsApp ok.ru