Suriyada Rusiya və ABŞ hərbi qüvvələri arasında gərginlik yaşanıb, xəsarət alanlar var (VİDEO)

Suriyada Rusiya və ABŞ hərbi qüvvələri arasında gərginlik yaşanıb, xəsarət alanlar var (VİDEO)

Suriyanın Həsəka əyalətində Rusiya və ABŞ hərbi qüvvələri arasında gərginlik yaşanıb. Zirehli texnikaların toqquşması nəticəsində xəsarət alanlar var.
 
Maide.Az "SalamNews"a istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Oliot açıqlama verib.
 
Ağ Ev rəsmisi bildirib ki, "ötən gün Həsəka əyalətində Rusiya hərbi qüvvələri Suriyada toqquşmadan yayınma qaydalarına riayət etməyərək gərgin anlar yaşadıblar."
 
Əlavə edilib ki, “Rusiya hərbi qüvvələrinin bu qeyri peşəkar addımı nəticəsində bir neçə ABŞ əsgəri xəsarət alıb.”
 
ABŞ rəsmisi vurğulayıb ki, “ABŞ heç bir tərəflə gərginliyin artmasının tərəfdarı deyil, lakin özünümüdafiə və cavab vermək hüququna malikdir.”
 
Qeyd edək ki, ötən gün Rusiya post-patrul maşınları Həsəka əyalətində ABŞ qüvvələrinin olduğu postu keçmək istəyərkən ikinci maneəçilik törədib. Toqquşma ərəfəsində Rusiyanın helikopterlərinin əraziyə gəlməsi də gərginliyi artırıb.

Google+ WhatsApp ok.ru