Suriyada yüzlərlə terrorçu təslim oldu

Suriyada terror qruplaşmalarının yüzlərlə üzvü təslim olub.
Maide.az SANA agentliyinə istinadən xəbər verir ki,  Homs vilayətinin müxtəlif bölgələrində terror qruplaşmaları ilə əməkdaşlıq edən 243 nəfər silahlarını yerə qoyaraq təhlükəsizlik qüvvələrinə təslim olublar. 
Ordu bu şəxslərdən yazılı izahat alıb ki, bundan sonra heç bir vəchlə əllərinə silah götürməsinlər və ictimai təhlükəsizliyi təhlükəyə atmasınlar. 
Homs vilayəti Suriyanın mərkəzində yerləşən ən böyük vilayətdir və bu vilayət İraq, İordaniya və Livanla həmsərhəddir. Terror qruplaşmaları Homsun işğal olunması ardınca İraq, İordaniya və Livan arasında qüvvə və təchizat nəqlini asan şəkildə həyata keçirirlər. 
Başqa bir məlumata görə, Suriya ordusu Dəra və əl-Qünəytrə sərhəd vilayətlərinin müxtəlif bölgələrində əməliyyatlar keçirərək əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının mövqeləri və təchizatlarını məhv edib, çoxlu sayda terrorçunu öldürüb və yaralayıb. 
Dəra vilayəti İordaniya və əl-Qünəytrə vilayəti isə Livan və işğal olunmuş Fələstinlə həmsərhəddir./

Google+ WhatsApp ok.ru