`Suriya dövləti bizi qoruyur; Vurulan hədəflər Nusraya aiddir`

Suriyada ticarət peşə təşkilatlarına rəhbərlik edən Əli Türkmani Suriya ordusunun Rusiyanın hava dəstəyi ilə Türkmən dağı bölgəsində apardığı əməliyyatlarda mülki vətəndaşların zərər gördüyü iddialarının həqiqəti əks etdirmədiyini söyləyib. Əl-Qaidənin Suriya qolu olan Əl-Nusranın vurulduğunu qeyd edən Türkmani, "türkmənlər də Suriya vətəndaşıdır və dövlət onları qorumaq məcburiyyətindədir", deyib.
 
Maide.az-ın məlumatına görə, Suriya türkməni olan Əli Türkmani, Türkmən dağındakı əməliyyatlarda terrorçu təşkilatların hədəfə alındığını, regionda başlıca olaraq Əl-Nusranın olduğunu qeyd edib. Bölgədəki terrorçuların xaricdən gəldiyini deyən Türkmani, "İçlərində türkmənlər də ola bilər, ancaq bu terror təşkilatlarını əsasən dünyanın müxtəlif yerlərindən gələnlər təşkil edir. Əməliyyatda terror təşkilatları hədəfə alınır. Nusra və digər terror təşkilatları vurulur" söyləyib.
 
"VƏTƏNDAŞLAR HƏDƏF ALINMADI"
 
Maide.az-ın məlumatına görə, Türkmani "Sputnik"in, "Suriya ordusunun Türkmən dağı əməliyyatında mülki vətəndaşların zərər gördüyü bildirilir. Siz zərər çəkən vətəndaşlarla qarşılaşdınızmı və ya bu istiqamətdə hər hansı bir xəbərə maliksinizmi" sualına cavab olaraq, "Vətəndaşlar qətiyyən hədəf alınmır. Bu istiqamətdə hər hansı xəbər də almamışam. Media yayımlanan səhv xəbərlərə görə belə deyilir. Oradakı türkmənlərin böyük əksəriyyəti dövlətin tərəfindədir. Əməliyyatlar da onları qorumaq üçün aparılır. Dövlət istədiyi yerə, bütün Suriya ərazisinə çata bilər. Bəlkə yaralanan bir neçə nəfər var, amma bu da normaldır. Hər ölkədən gəlmiş əcnəbilərin iştirak etdiyi terror təşkilatları ilə döyüşürlər", - deyib.
 
"ƏL-NUSRA TÜRKMƏN DAĞINDADIR"
 
"Suriya ordusu Türkiyə sərhədinə 5 kilometr məsafədə yerləşən Lazkiyənin şimali kəndinin strateji Kızıldağı nöqtəsində nəzarəti yenidən ələ keçirib. Ordu beləliklə Türkiyə sərhədinə 500 metr məsafəyə qədər olan Suriya torpaqlarında üstünlüyü təmin edib. Suriya ordusunun son əməliyyatında döyüşdüyü qrupların başında Əl-Nusra gəlir. Bölgədə terror qruplarına yaxınlığı ilə tanınan xəbər qaynaqları da Əl-Nusranın bölgədə olduğunu təsdiq edən məlumat və fotoşəkil paylaşıb. Ancaq Əl-Nusra Bayır Bucaq bölgəsinə ordunun son əməliyyatlarının qarşısını almaq üçün yeni gəlməyib. Əl-Nusra terrorçuları uzun müddətdir ki, bu ərazidədir və Kəsab təcavüzü ilə ələvilərin qətlə yetirildiyi hücumlarda elə türkmən silahlı qruplarla ilə birlikdə hərəkət etdilər", - deyə Ali Türkman bildirib.
 
QAFQAZ TERRORÇULARI BÖLGƏSİ
 
Bayır Bucaq zonası xüsusilə çeçen və Qafqazdan Suriyaya döyüşməyə gələn əcnəbi terrorçuların sıx olduğu bir regiondur. Bu barədə CHP Hatay millət vəkili Məmməd Əli Ediboğlu da bir müddət öncə müsahibəsində, Rusiyadan gələn meçen və Qafqaz mənşəli terror təşkilatı üzvlərinin Bayır Bucaqda olduqlarını və bu şəxslərin tez-tez Suriya-Türkiyə sərhədini keçdiklərini bildirmişdi.
 
Bu təşkilatlar və İŞİD terrorçuları 2013-cü ilin avqustunda keçirdikləri əməliyyatla Lazkiyədəki ələvi kəndlərinə hücum etmişdilər. Qətliamda 200-ə yaxın mülkü vətəndaş öldürülmüşdü. Əl-Qaidəyə bağlı Ahraruş Şam terror qrupu da bu qətliamda yer almışdı. 
 
Qeyd edək ki, bir neçə gündür mediada Türkmən dağlarında mülkü vətəndaşların öldürüldüyünə dair informasiyalar yayımlanır və şəkillər yerləşdirilir. Ancaq aparılan qısa araşdırmadan sonra məluma olur ki, bu fotoşəkillər bir neçə il əvvəl Misirdə, Fələstində törədilmiş qətliamlar zamanı çəkilib və Suriyanın Türkmən dağı ərazisində aparılan döyüşlərə heç bir aidiyyatı yoxdur.

Google+ WhatsApp ok.ru