Suriya höküməti: `ABŞ koalisiyası Rəqqadakı cinayətlərini gizlətmək üçün şəhərin azad edildiyini iddia edir`

Suriya höküməti: `ABŞ koalisiyası Rəqqadakı cinayətlərini gizlətmək üçün şəhərin azad edildiyini iddia edir`

Dəməşq bu şəhəri hələ də işğalda hesab edir

Suriya Xarici İşlər Nazirliiyi bəyan edib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya dünya ictimaiyyətinin diqqətini öz törətdiyi cinayətlərdən yayındırmaq üçün Rəqqanın azad edildiyini iddia edir.
 
Dəməşq bu şəhəri hələ də işğalda hesab edir.
 
"Rəqqanın İŞİD-dən azad edilməsi yalandır. Koalisiya bu əyalətdə törətdiyi cinayətlərdən dünya ictimaiyyətinin diqqətini yayındırmaq istəyir", - deyə XİN-in yaydığı bəyənatda bildirilir.
 
XİN bildirir ki, yalnız Suriya ordusu Rəqqaya daxil olduqdan sonra bu əyaləti azad hesab etmək olar.
 
Mənbələrin bildirdiyinə görə, koalisiya qüvvələrinin barbar hücumları nəticəsində şəhərin 90 faizi məhv edilib, minlərlə sakin evlərini tərk edib və mindən çox insan həyatını itirib.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru