Suriyalı müxalif: Türkiyə və Ərəbistan yaraqlılara silah köməyini artırıblar

"Suriyalı müxaliflər koalisiyası" adlı qruplaşmanın başçısı bildirib ki, Türkiyə və Səudiyyə Ərəbistanı Suriyada silahlı şəxslərə silah yardımlarını artırıblar.
 
Maide.az-ın məlumatına görə, Xalid Xucə bu barədə "Hürriyyət" qəzetinin jurnalistinə bildirib. 
 
Xucənin sözlərinə görə, Ərəbistanın yardımları Türkiyə vasitəsi ilə Dəraya və İordaniya sərhədi vasitəsi ilə Suriyaya nəql olunur. 
"Suriyalı müxaliflər koalisiyası" adlı qruplaşmanın başçısı deyib: "Türkiyə və Səudiyyə Ərəbistanından əlavə, Qətər və İordaniya da suriyalı müxaliflərə silah yardımı edirlər."
 
Xalid Xucə iddia edib ki, Suriya ordusu ötən iki ay ərzində bir çox bölgəni itirib və çoxlu xəsarət verib.

Google+ WhatsApp ok.ru