Suriyanın 90 faizi azad olunub: Terrorçular Pakistana qaçır

Suriyanın 90 faizi azad olunub: Terrorçular Pakistana qaçır

Moskva: `Amerika hərbçiləri Suriya ordusunun irəliləməsinə mane olur`

 Suriya ərazisinin 90 faizi terror təşkilatlarından təmizlənib. Bu barədə MDB dövlətlərinin anti-terror mərkəzinin rəhbəri general polkovnik Andrey Novikov bəyan edib.
 
“Hərbçilərin hesablamalarına görə, Suriya Ərəb Respublikasının ərazisinin 90 faizi terror qruplaşmalarından azad edilib ki, bu da müsbət nəticədir”, - deyə, o bildirib.
 
Qeyd edək ki, Suriyada hərbi münaqişə 2011-ci ilin martından  davam edir. Böhranın həlli ilə əlaqədar Astana və Cenevrədə mütəmadi olaraq danışıqlar keçirilir.
 
İŞİD terror təşkilatının üzvləri evlərinə Türkiyə, Balkan dövləti və Şərqi Avropadan, həmçinin İsveçrədən qayıdırlar, - deyə Novikov bildirib.
 
Bundan başqa Novikov bəyan edib ki, İŞİD terrorçuları Suriyadakı məğlubiyyətləri ilə əlaqədar Pakistanın Vəziristan əyalətinə qaçırlar.
 
Generalın sözlərinə görə, bu onu göstərir ki, terrorçular nəinki  hərbi döyüşlərin taktikasını, həmçinin gələcək fəaliyyətlərinin coğrafiyasını da dəyişirlər.
 
Yeri gəlmişkən qeyd edək ki, Rusiya XİN rəhbəri Vaşinqtonu terrorçuları «pis» və «qismən pis»ə bölməkdə ittiham edib. Serqey Lavrov ABŞ və müttəfiqlərini  rusiyalı hərbçilərə qarşı ölümcül təhlükəli provokasiyalarda ittiham edib. Moskva  ABŞ-ın dəstəklədiyi  silahlı dəstələr, amerika xüsusi təyinatlıları  və İŞİD terror təşkilatının şübhəli dostluqlarından şikayət edərək, Vaşinqtonu Suriya ordusuna mane olmaqda ittiham edib.
 
«Suriyada ABŞ hərbi qurumlarına çoxlu suallar var», - deyə Lavrov «Əş-Şark Əl-Ausat» ərəb qəzetinə mühasibəsində deyib.
 
«Gah «təsadüfən» Suriya  Silahlı Qüvvələrinin  mövqelərini vururlar, sonra isə İŞİD-çilər hücuma keçirlər, gah digər terrorçulara strateji  vacib məntəqələri öyrədir, gah da bizim hərbçilərə qarşı ölümcül təhlükəli  provokasiyalar hazırlayırlar», - deyə o, bəyan edib.
 
Lavrovun müavini  Serqey Ryabkov ötən həftə bəyan etmişdi ki, rusiyalı general  leytenant Valeki Asapovun  ölümü  Amerikanın Suriyada ikiüzlü siyasətinin nəticəsidir.(faktxeber)

Google+ WhatsApp ok.ru